Bakıda mənşəyi bilinməyən ət satışının qarşısı alındı
24 iyun 2019 16:43 (UTC +04:00)

Bakıda mənşəyi bilinməyən ət satışının qarşısı alındı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
 
AQTA-dan Lent.az-a verilən məlumata görə, Səbail rayonunda qanunsuz heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Səbail rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələri əməkdaşlarının da iştirak etdiyi reyd zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.
 
Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
 
 
# 540
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar