Minsk-2019: Tayfur Əliyev mübarizəni dayandırdı
24 iyun 2019 16:12 (UTC +04:00)

Minsk-2019: Tayfur Əliyev mübarizəni dayandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının dördüncü gününə start verilib.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, öncə 56 kq çəki dərəcəsində 1/8 final döyüşləri keçirilib.
 
Azərbaycan boksçusu Tayfur Əliyev də “Uruçye Arena”da təşkil olunan yarışda növbəti sınağına çıxıb. O, ukraynalı Nikola Butsenko ilə görüşüb. T.Əliyev məğlubiyyətlə üzləşərək 1/4 finala yüksələ bilməyib.
 
# 640
avatar

Oxşar yazılar