247
15:43
24 İyun 2019

Bu il minlərlə ailə özünüməşğulluq proqramına cəlb oluna bilər

Özünüməşğulluq proqramı çərçivəsində biznes-planlarının qiymətləndirilməsi mərhələsində uğur qazanan vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a bildirilib ki, nazir Sahil Babayevin sözlərinə görə, növbəlilik prinsipi əsasında proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçiriləcək.Bui il ərzində 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcək. Bununla əlaqədar Dünya Bankı ilə aparılan müzakirələr artıq yekun mərhələdədir. Bu əməkaşlıq gələn il proqrama cəlb olunan vətəndaşların sayının 15 minə çatdırılmasına imkan verəcək ki, onlardan da 7 min nəfərinin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmalarına Dünya Bankı tərəfindən dəstək veriləcək.