Roza Zərgərli ilə Elza arasında <span style="color:red;">QALMAQAL BÖYÜDÜ  - <span style="color:red;">VİDEO
24 iyun 2019 14:42 (UTC +04:00)

Roza Zərgərli ilə Elza arasında QALMAQAL BÖYÜDÜ - VİDEO

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında olan qalmaqal səngimək bilmir.

 

Lent.az-ın məlumatına görə, Roza “ATV maqazin onlarla” verilişində həmkarı barədə bu sözləri deyib:

 

“Arada mənə söz atır. Ona Damla deyiləm ki, şəklimi cırıb atsın. İlhamə xanımla müharibə apardı, qalib ola bilmədi. İlhamə Quliyeva olası deyiləm. Məni Zahirən Faiq Sücəddinovdan tutmuş bütün incəsənət xadimləri ona oxşadırlar.

 

Elza, birincisi, get, ədəbiyyatla məşğul ol. Onun “ağzını tikmişəm” şeiri xoşuma gəlirdi, hərhalda, öz başına gələnlərdən yazıb. Deyir ki, Roza yolunu çaşıb. Roza insanların həyatına girir və onların yolunu çaşdırır. Mən İlhamə Quliyeva kimi ağır insan ola bilmərəm. Düşmənimə belə pislik arzulamamışam. Dava etmədən İnstaqramdan sildim ki, qəlbim səndən qırıldı. Elzanın sözlərini ondan gözləmirdim. Sən demə, qarnında qara qanlar axırmış. Onun haqqı yox idi ki, bu sözləri mənə desin. Bəzi nüanslar var ki, onları demək düzgün deyil - çirkinlikdir. İnsan etdiyini deməz, ya mövzunu bağla, qalsın kənarda, ya da iyrənc dərinliklərə gedəcəm. Bu sözləri ziyalı bildiyim qadına yaraşdırmadım”.

 

# 924
avatar

Yalçın UĞUR

Oxşar yazılar