Bakıda mağazadan bu qədər oğurluq edildi
24 iyun 2019 13:33 (UTC +04:00)

Bakıda mağazadan bu qədər oğurluq edildi

Bakıda mağazadan oğurluq olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki mağazaların birindən 700 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri F.İsmayılzadə və Ş.Sadıxov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 407
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar