Sürücü piyadanı qəsdən vurub öldürdü
24 iyun 2019 13:30 (UTC +04:00)

Sürücü piyadanı qəsdən vurub öldürdü

Xaçmaz sakinini qəsdən öldürməkdə təqsirli bilinən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini M.Baxşıyevin münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurması və sonuncunun hadisə yerində ölməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
 
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. 
 
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub. 
# 547
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar