Avtomobilin vurduğu piyada hadisə yerində öldü
24 iyun 2019 13:20 (UTC +04:00)

Avtomobilin vurduğu piyada hadisə yerində öldü

Binəqədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 24-də saat 1 radələrində rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib.
 
Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub, həmin şəxs hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 
 
# 465
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar