Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb
24 iyun 2019 13:22 (UTC +04:00)

Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

Keçmiş məhkum polis tərəfindən saxlanılıb.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
 
Daxil olmuş məlumat əsasında Gəncə şəhəri BPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər  məhkum olunmuş V.Abuşovdan 27,24 qram, habelə yaşadığı evin həyətində olan zirzəmiyə baxış zamanı 3 kiloqram 965 qram marixuana, şəhər sakini, əvvəllər məhkum olunmuş B.Fərəcovdan 33,78 qram, habelə yaşadığı evin həyətinə baxış zamanı 740 qram tiryək aşkar edilərək götürülüb.
 
# 447
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar