Çingiz Qənizadə seçicilərinə söz verdi
24 iyun 2019 12:47 (UTC +04:00)

Çingiz Qənizadə seçicilərinə söz verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Boşçalılar  kəndində seçicilərlə görüş keçirib.
 
 
 
Lent.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onları dinləyib.
 
 
 
Kənd sakinləri deputatdan Boşçalılar kəndinə içməli su xəttinin çəkilməsi ilə bağlı xahiş ediblər. Beyləqan rayonundan keçən içməli su xətti təxminən 200 metr Boşçalılar kəndinin  yaxınlığından keçir
 
Sakinlərin ikinci xahişləri kənd məktəbinin yenidən tikilməsi, yaxud da, məktəbin təmir edilməsi ilə bağlı olub. 200 nəfər üçün nəzərdə tutulan kənd məktəbində 267 şagird təhsil alır. 28 müəllim və 11 texniki heyət var. Bu da  məktəbdə sıxlıq yaradıb.
 
Daha sonra Çingiz Qənizadə  son  vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı    Sərəncamlar və fərmanların  əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat  görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
 
Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti,  möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi,  eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
 
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
# 680
avatar

Oxşar yazılar