Göy qutabını belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
24 iyun 2019 14:56 (UTC +04:00)

Göy qutabını belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Lavanda618” adı ilə məşhur olan ustanın göy qutabını necə hazırlaması ilə tanış edəcəyik.
 
Göy qutabının tərkibi:
 
30 ədəd qutab üçün 30 lavaş və ya reseptdə verilən bişmiş xəmiri hazırlayin.
 
Un 3 st, su 1.5 st, 10 dəstə ispanaq, 10 dəstə şüyüd, 10 dəstə göy soğan, 10 dəstə nanə, 10 dəstə cəfəri duz,istiot 
 
Hazırlanma qaydası:
 
Xəmiri hazırlamaq üçün ləyən götürürük unu, duzu və suyu əlavə edirik. Sonra xəmiri yoğurub kündələrə ayırırıq. Kündələri duvağın üzərində oxlovla açırıq və bir kasa götürüb açdığımız xəmiri hissələrə bölürük ki, qutab səliqəli alınsın. 
 
Sonra isə içinin göyərtisini hazırlayırıq. Göyərtiləri döğrayıb qaba tökürük və duz istiot əlavə edirik.. Daha sonra açdığımız xəmirin içinə göyərti qoyub qızardırıq. Qutab yağsız qabda qızardılmalıdır. Hazır olduqda isə hər iki üzünü isti-isti yağlayıb süfrəyə veririk.
 
Nuş olsun!

# 4110
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar