Qazlı içkilərin bilmədiyimiz təhlükələri <span style="color:red;">- XƏBƏRDARLIQ
24 iyun 2019 12:49 (UTC +04:00)

Qazlı içkilərin bilmədiyimiz təhlükələri - XƏBƏRDARLIQ

Yay aylarında sərinləmək üçün insanlar çox zaman qazlı içkilərə üstünlük verirlər. Həkimlər isə qazlı, xüsusilə buz kimi qazlı içkilərin insan sağlamlığı üçün çox zərərli olduğunu bildirir.

Qida Təhlükəsizliyi Agentliyinin  yaydığı məlumata görə, son dövrlər qazlı şəkərli içkilərə tələbat artır. Azyaşlıların xüsusilə sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər. Odur ki, mütəxəssislər sözügedən içkilən istehlakının minimuma endirilməsini tövsiyə edirlər.

Qazlı içkilərin hazırlanmasında istifadə edilən Aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanimzə verdiyi zərərləri saymaqla bitməz. Şirinliyi 200 şərti vahid təşkil edən Aspartam hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər, 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz  bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və  şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

Agentlikdən bildirilib ki, adətən qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır: “Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri  temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan Aspartam əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.)  şəkərli içkilərdə energetik səmərə əldə olunur.

Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tətqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir”. Məlumdur ki,  şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur.  Bu gün Amerikada yetkin insanların 36%-i və gənclərin isə 17%-i şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbilə  həddindən artıq piylənmədən əziyyət çəkirlər.

Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin dəyişir. Framingham tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.

 Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildiribi ki, ümumiyyətlə qazlı və energetik içkilərlə bağlı AQTA-nın təklif etdiyi dəyişikliklər çox əhəmiyyətlidir: “Hesab edirəm ki, bu dəyişikliklər “Coca-cola” və “Pepsi-cola”ya şamil olunmalıdır. Azad bazar iqtisadiyyatı olduğu üçün qazlı içkiləri adminstrativ yollarla qadağan etmək olmaz. Tələb varsa, təkilf də olacaq”.

AİB sədri onu da qeyd etdi ki, qazlı içkilərin saxlanma şəraitinə də əməl olunmalıdr: “Əgər istehsalçılar isti hava şəraitində günün altında saxlanılan mallara tələbat yaradırlarsa, artıq onlar özlərini tədricən zəhərləməyi seçirlər. Qida Təhlükəsizliyi Agentliyi eyni zamanda malların saxlanma şəratinə çox diqqət yetirməlidir. Agentlikdə qeydiyyatdan keçən bütün qida istehsalı zəncirinin subyektləri saxlanma qaydalarına əməl etməlidir. Agentlik su satışı ilə məşğul olan bütün obyektləri reyestrə daxil edir. Qida zəncirində iştirak edən bütün istehsalçılar bu agentliyin reysterinə daxil olmalıdr. Burada saxlanma qaydalarına əməl olunması şərtləri yerinə yetirilməlidir”.

Respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a bildirib ki, qazlı içkilər uşaqlar üçün heç vaxt məsləhət görülmür: “Qazlı içkinin tərkibində qaz var. Bundan başqa əlavə qatqılar olur. Bu da ilk növbədə mədə-bağırsaq sisteminə pis təsir göstərir. Mədənin selikli qişasını qıcıqlandırır. Biz uşaq həkimləri olaraq, uşaqlara qazlı içkilərin verilməsinin əleyhinəyik. Çünki qazlı içki insan fiziologiyasına kənar içkidir”.  

 

 

 

 

 

# 1131
avatar

Aygün İbrahimli

Oxşar yazılar