Bakıda avtomobilin vurduğu yeniyetmə öldü
24 iyun 2019 11:49 (UTC +04:00)

Bakıda avtomobilin vurduğu yeniyetmə öldü

Bakıda ölümlə nəticələn ağır qəza baş verib.
 
APA-nın məlumatına görə,  hadisə Sabunçu rayonu, Bilgəh-Nardaran avtomobil yolunda baş verib.
Şəhər sakini Orxan Rəhimlinin idarə etdiyi "VAZ-014" markalı avtomobil piyada, 2002-ci il təvəllüdlü Murad Əliyevi vurub və nəticədə o, hadisə yerində ölüb.
 
Faktla bağlı rayon Polis İdarəsində 263.2-ci (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
# 453
avatar

Oxşar yazılar