Həftə sonunun yol terroru:<span style="color:red;">11 nəfər ölüb
24 iyun 2019 10:53 (UTC +04:00)

Həftə sonunun yol terroru:11 nəfər ölüb

Ötən həftənin son iki günü ərzində qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları 2 gün ərzində törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.    
 
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
 
# 647
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar