Xalq artisti Aygün Kazımova həmkarı Faiq Ağayevlə küsülü olması xəbərinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, müğənni “Jara” musiqi festivalının partisində media işçilərinin suallarını cavablandırıb. O, bildirib ki, Ağayevlə küsülü deyil: “Faiq dostumdur. Münasibətimiz davam edir”.
Qeyd edək ki, bir müddət öncə bir neçə sayt Faiq Ağayevlə Aygün Kazımovanın küsülü olduğunu yazmışdı.