Şəkidə külli miqdarda narkotik tərkibli bitki məhv edildi
24 iyun 2019 10:37 (UTC +04:00)

Şəkidə külli miqdarda narkotik tərkibli bitki məhv edildi

Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları “Xaş-xaş 2019” tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent-az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.
 
Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.  
Faktla bağlı araşdırma aparılır.
# 458
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar