Şəkidə taxıl sahəsi yanır
24 iyun 2019 16:05 (UTC +04:00)

Şəkidə taxıl sahəsi yanır

Şəkidə güclü yanğın başlayıb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Aydınbulaq kənd inzibati ərazisində, kəndin şərq hissəsindəki taxıl sahələrində qeydə alınıb. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, küləkli hava yanğının söndürülməsini çətinləşdirib. 
 
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki, Oğuz və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və şəxsi heyət cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
 
# 491
avatar

Oxşar yazılar