DİM bu abituriyentlərə müraciət edib
24 iyun 2019 10:18 (UTC +04:00)

DİM bu abituriyentlərə müraciət edib

V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirilib ki, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər. 

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul  tarixinədək davam edəcək.

Qeyd: Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.

 

 

 

# 567
avatar

Aygün İbrahimli

Oxşar yazılar