Mingəçevirdə oğul anasını bıçaqladı
24 iyun 2019 09:49 (UTC +04:00)

Mingəçevirdə oğul anasını bıçaqladı

Mingəçevirdə oğul ananı bıçaqlayıb.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 10/ 1 ünvanında baş verib.
 
İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində  həmin  ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını  bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı araşdırma aparılır.
# 435
avatar

Oxşar yazılar