Minsk-2019: Azərbaycan millisinin iki velosipedçisi finişə çatmayıb
23 iyun 2019 18:33 (UTC +04:00)

Minsk-2019: Azərbaycan millisinin iki velosipedçisi finişə çatmayıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan velosipedçiləri mübarizəyə qoşulublar.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qrup halında şosse yürüşündə 4 idmançımız start xəttinə çıxıb.
 
Ən yaxşı nəticə göstərən Samir Cəbrayılov 63-cü olub. O, liderdən 54 saniyə geri qalıb. 104-cü olan Elçin Əsədov isə finişə qalibdən 11 dəqiqə 23 saniyə sonra çatıb.
Digər iki velosipedçimiz – Musa Mikayılzadə və Mikayıl Səfərli isə finiş xəttinə çatmayıblar.
 
Qeyd edək ki, yarışın qalibi olan italiyalı Davide Ballerini məsafəni 4 saat 10 dəqiqə 4 saniyəyə qət edib.
# 632
avatar

Oxşar yazılar