Minsk-2019: Azərbaycanın sambo yığması Oyunları 3 medalla bitirib - YENİLƏNİB
23 iyun 2019 19:43 (UTC +04:00)

Minsk-2019: Azərbaycanın sambo yığması Oyunları 3 medalla bitirib - YENİLƏNİB

Azərbaycan yığması Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 7-ci medalını qazanıb.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu uğur sambo yarışlarında gerçəkləşib.
 
52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov 4 bürüncü də olan millimizin hesabına 3-cü gümüş mükafatı yazdırıb. O, finalda ermənistanlı Tiqran Kirakosyanla qarşılaşıb. 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksələn təmsilçimiz bu dəfə yenilgiylə üzləşib.
Qeyd edək ki, bu gün xalça üzərində çıxan digər iki samboçumuz yarışı mükafatsız başa vurub. Cavidan Qarayev (62 kq) bürünc medal uğrunda qarşılaşmada, Abdulla Abdullayev (74 kq) isə təsəlliverici görüşdə uduzaraq mükafat şansını itirib.
 
 
Ümumilikdə isə sambo yığmamız yarışı üç medalla başa vurub. A.Səmədova qədər Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) dünən bürünc mükafat qazanıb.
 
 
18:31
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarında bürünc medal uğrunda döyüşlərə start verilib.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan idmançısı Cavidan Qarayev (62 kq) bürünc medal uğrunda qarşılaşmaya çıxıb.
 
 
O, üçüncülük üçün qarşılaşmada gürcüstanlı Georgi Çirqadze ilə üz-üzə gəlib. Təmsilçimiz xalçanı məğlubiyyətlə tərk edib.
 
Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov finalda mübarizə aparacaq. Onun rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.
Saat. 15:06
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarında təsəlliverici döyüşlər keçirilib.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 1/4 finalda uduzan Azərbaycan idmançıları da xalça üzərinə çıxıblar.
 
Cavidan Qarayev (62 kq) estoniyalı Vadim Fominlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncülük uğrunda qarşılaşmada gürcüstanlı Georgi Çirqadze ilə üz-üzə gələcək.
 
Abdulla Abdullayev (74 kq) Arsen Qazaryana (Ermənistan) uduzaraq mubarizəni dayandırıb.
 
Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov finalda mübarizə aparacaq. Onun rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.
 
13:47
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.
 
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.
 
52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.
Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (84 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub. 
 
Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək. 
 
# 701
avatar

Oxşar yazılar