<span style="color:red;">Minsk-2019 : Azərbaycan badmintonçusunun rəqibləri müəyyənləşib
23 iyun 2019 12:10 (UTC +04:00)

Minsk-2019: Azərbaycan badmintonçusunun rəqibləri müəyyənləşib

Minskdə keçirilən II Avropa Oyunlarında badminton idman növü üzrə Azərbaycanı təmsil edəcək Ezmi Qovimuramadhoninin qrup mərhələsində keçirəcəyi görüşlərin ardıcıllığı müəyyənləşib. 
 
APA-nın məlumatına görə, G qrupunda yarışacaq badmintonçu ilk turda Rumıniya idmançısı Kollins Valentin Filimonla üz-üzə gələcək. Qarşılaşma iyunun 24-də oynanılacaq. 
 
Ezmi qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Onun bu mərhələdə son oyunu iyunun 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq. 
Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq. Minsk-2019-da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” Arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.
# 897
avatar

Oxşar yazılar