Minsk-2019: Ruslan Lunyov final mərhələsindən kənar qalıb
23 iyun 2019 11:54 (UTC +04:00)

Minsk-2019: Ruslan Lunyov final mərhələsindən kənar qalıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının güllə atıcılığı yarışları davam edir.
 
APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, 10 m məsafədən pnevmatik tapança ilə atəş açan kişilərin mübarizəsində təsnifat mərhələsi başa çatıb.
 
Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışda uğursuz çıxış edib. 574 xal toplayan idmançımız 20-ci yeri tutub. O, finala yüksələn ilk yerə yüksələ bilmədiyindən bu növdə mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir snayperimiz Nigar Nəsirova pnevmatik tapançadan 10 metrdən hədəfi nişan almağa çalışacaq.
# 532
avatar

Oxşar yazılar