Azərbaycan boksçusu erməni rəqibini <span style="color:red;">PEŞMAN ETDİ : 5:0
22 iyun 2019 16:49 (UTC +04:00)

Azərbaycan boksçusu erməni rəqibini PEŞMAN ETDİ: 5:0

Azərbaycan yığmasının daha bir boksçusu Belarusda keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb. 

Lent.az xəbər verir ki, APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib.

Olimpiya mükafatçımız Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0. 

Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

 

 

 

# 680
avatar

Oxşar yazılar