Hindistanda <span style="color:red;">DƏHŞƏTLİ EPİDEMİYA  - 136 uşaq ölüb
22 iyun 2019 15:15 (UTC +04:00)

Hindistanda DƏHŞƏTLİ EPİDEMİYA - 136 uşaq ölüb

Hindistanın şərqində yerləşən Bihar əyalətində uşaqlar arasında beyin iltihabı epidemiyası tüğyan edir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uyunun 1-dən bu günədək  epidemiya nəticəsində 136 uşaq dünyasını dəyişib.

Həkimlər xəstəliyin səbəbini hələ tapa bilməyib.

Beyin iltihabı epidemiyası  iyunun əvvəlindən bu günə kimi 626-dan çox insanda aşkarlanıb. 

Xəbərdə ölkənin səhiyyə nazirliyinin əməkdaşlarının erkən diaqnoz qoya bilmək üçün qapı-qapı gəzdikləri bildirilib.

Mütəxəssislər Hindistanın ən kasıb əyalətlərindən olan Biharda epidemiyaya yetişməmiş liçi (Çin gavalısı və ya Çin qozu) meyvəsinin istifadəsi zamanı yoluxan bir virusun səbəb olduğunu düşünür.

Xüsusilə, uşaqlara təsir edən xəstəlik beyində ödem-şiş əmələ gətirir. Qusma və yüksək hərarət kimi şikayətlərə yol açır.
 

 

# 831
avatar

Aygün İbrahimli

Oxşar yazılar