Oqtay Əsədov və Leyla Əliyeva II Avropa Oyunlarının açılışında iştirak ediblər
22 iyun 2019 14:59 (UTC +04:00)

Oqtay Əsədov və Leyla Əliyeva II Avropa Oyunlarının açılışında iştirak ediblər

İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib. 

APA-nın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, “Dinamo Arena”da keçirilən açılış mərasimini bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izləyiblər.

 

İyunun 30-dək davam edəcək qitə olimpiadasında 50 ölkəni təmsil edən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəliblər.

İkinci Avropa Oyunlarının birinci günündə ölkəmizin kişi boksçuları rinqə çıxıblar.  

Milli Məclisin Sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və nümayəndə heyətimizin üzvləri idmançılarımızın qarşılaşmasına baxıblar.

# 634
avatar

Oxşar yazılar