Minsk-2019: Azərbaycan samboçusu yarışa məğlubiyyətlə başlayıb
22 iyun 2019 12:18 (UTC +04:00)

Minsk-2019: Azərbaycan samboçusu yarışa məğlubiyyətlə başlayıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. 

 

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın ikinci günündə samboçular da mübarizəyə qoşulublar. Azərbaycanın bu növdəki təmsilçilərindən xalça üzərinə birinci Mehman Xəlilov çıxıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz 1/4 final görüşünə çıxıb. O, Vladislav Buroz (Belarus) ilə qarşılaşıb. M.Xəlilov 1:4 hesabı ilə uduzaraq çempionluq uğrunda mübarizəni dayandırıb. İdmançımız təsəllverici qarşılaşmada qüvvəsini sınayacaq. 

Qeyd edək ki, Minsk-2019-a yeddi samboçu ilə yollanan yığmamızın daha üç üzvü bu gün mübarizəyə qoşulacaq. Bunlar Emil Həsənov (68 kq), Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutovadır (72 kq).
 

# 725
avatar

Oxşar yazılar