Minsk-2019: Azərbaycan millisi paraddan keçib - FOTO
21 iyun 2019 23:41 (UTC +04:00)

Minsk-2019: Azərbaycan millisi paraddan keçib - FOTO

 

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının rəsmi açılış mərasimi davam edir.

APA-nın Belarusa ezam olunan əməkdaşının məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da start götürən mərasimdə idmançıların paradı da başlayıb.

Artıq Azərbaycan millisi paraddan keçib. Bayrağımızı cüdoçumuz Rüstəm Orucov daşıdığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər onu müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Minskdəki Oyunlarının paradında dörd il öncə Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olacaq. Burada təşkilatçılar Olimpiya ənənəsini dəyişməyiblər. Sonra isə digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxırlar.

Qeyd edək ki, mərasimi ev sahibi Belarus komandası bitirəcək.

# 762
avatar

Oxşar yazılar