Bu gün İstanbulda yenidən seçki keçirilir
23 iyun 2019 09:02 (UTC +04:00)

Bu gün İstanbulda yenidən seçki keçirilir

Bu gün Türkiyənin İstanbul şəhərində yenidən bələdiyyə seçkiləri keçirilir.
Lent.az xatırladır ki, 31 martda keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) Əkrəm İmamoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırıma qalib gəlmişdi. Bundan sonra isə AKP İstanbulda keçirilən seçkilərdə səsvermənin düzgün sayılmaması ilə bağlı dəfələrlə etiraz etmiş, etirazların bəziləri qəbul edilmiş və müxtəlif rayonlarda səslər yenidən sayılmışdı. Lakin 17 aprel elan edilmiş yekun nəticəyə görə İstanbul üzrə CHP 13 mindən artıq səs fərqiylə AKP-yə qalib gələrək, elə həmin gün də bələdiyyə sədrliyi vəsiqəsi (mazbata) Ə.İmamoğluna təqdim edilmişdi.
Həmçinin xatırladaq ki, nəticələrlə bağlı AKP-nin əsas iradı bu idi ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi.
Bütün bunların sonunda isə YSK İstanbulda seçkilərin ləğvini və 23 iyunda yenidən keçirilməsini bəyan etmişdi.

 

# 634
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar