Moruq mürəbbəsini belə hazırlayın - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
21 iyun 2019 17:36 (UTC +04:00)

Moruq mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Lavanda618” adı ilə məşhur olan ustanın moruq mürəbbəsini necə hazırlaması ilə tanış edəcəyik.
 
Moruq mürəbbəsinin tərkibi:
 
1 kq moruq
 
1.5 şəkər tozu
 
Hazırlanma qaydası:
 
Mürəbbə üçün dəymiş və zədəli olmayan giləmeyvələr istifadə olunur. Moruğu təmizləyib, süzgəcə yığırıq və üzərinə qaynayan su töküb meyvəni süzgəcdə saxlayırıq ki, artıq su axsın. Sonra moruqları ləyənə yığıb üzərindən şəkər tozunu əlavə edirik. Daha sonra moruqları blenderlə yaxşıca əzib şəkərlə qatırıq. Mürəbbəni hazırlayarkən arada fasilə vermək lazımdır ki, blender yanmasın və tam qarışana qədər qarışdırmaq lazımdır ki, sonra mürəbbə xarlamasın. Bankaları yaxşı yuyun və sterilizasiya edin. Hazır mürəbbəni təmiz bankalara yığın və qapaqlarla kip bağlayın. Mürəbbəni sərin yerdə saxlamaq lazımdır.
 
Nuş olsun!

# 3407
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar