“Qəbələ” İspaniyanın məşhur klubunun yetirməsi ilə müqavilə imzaladı
21 iyun 2019 16:24 (UTC +04:00)

“Qəbələ” İspaniyanın məşhur klubunun yetirməsi ilə müqavilə imzaladı

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 
 
APA-nın məlumatına görə, bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 
 
24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. 
 
Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.
# 628
avatar

Oxşar yazılar