316
16:18
21 İyun 2019

Qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq - DİM açıqladı

“İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq qeydə alınıb. V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyük olub”.
APA -nın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.
Jurnalda qeyd olunub ki, təhlillərə əsasən, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var: “Ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə, əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə, hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır”.