Tiflisdəki aksiyada 20 nəfər saxlanıldı
21 iyun 2019 12:28 (UTC +04:00)

Tiflisdəki aksiyada 20 nəfər saxlanıldı

Tiflisdə parlament binası qarşısında keçirilən aksiya zamanı 20  nəfər saxlanılıb.
 
APA-nın yerli bürosu xəbər verir ki, saxlanılanlar bu gün müvəqqəti saxlama təcridxanasından Tiflis şəhər Məhkəməsinə göndəriliblər.  Saxlanılanların əksəriyyəti polisə müqavimət və xuliqanlıq maddələri ilə ittiham edilirlər.  Həmçinin Gürcüstan baş nazirinin müşaviri David Sergeenko etirazçılar və polis arasında baş tutan qarşıdurmalar zamanı xəsarət alanların sayının 70-ə çatdığını bildirib. Yaralananlardan 30-u nümayişçi, 39-u isə hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.
 
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.
# 632
avatar

Oxşar yazılar