197
10:33
21 İyun 2019

Yük maşını piyada keçidinə çırpıldı - FOTO

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş verən avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.
Bu barədə Lent.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.
Hazırda qəzanın fəsadları aradan qaldırılır.