ABŞ Mərkəzi Komandanlığı uçuş aparatını İranın vurduğunu təsdiqlədi <span style="color:red;">- BƏYANAT
20 iyun 2019 18:55 (UTC +04:00)

ABŞ Mərkəzi Komandanlığı uçuş aparatını İranın vurduğunu təsdiqlədi - BƏYANAT

ABŞ Mərkəzi Komandanlığı ABŞ-ın Dəniz Üzərində Geniş Müşahidə (BAMS-D) dronunun İranın raket sistemi ilə vurulduğunu təsdiq edir.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının Sözçüsü Bill Ürbanın adından yayılan bəyanatda vurğulanır ki, hadisə iyunun 19-u saat təxminən 23:35 dronun Hörmüz körfəzi üzərində beynəlxalq hava məkanında uçduğu zaman baş verib.
 
“İran tərəfindən dronun İranın hava məkanında olmasına dair verdiyi hesabatlar düzgün deyil.
 
Baş verən hadisə beynəlxalq hava məkanında uçan ABŞ-ın hava müşahidə vasitəsinə xəbərdarlıq edilmədən gerçəkləşən hücumdur. Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real vaxt rejimində kəşfiyyat  missiyalarını həyata keçirmək üçün istifadə olunur”,- bəyanatda vurğulanır.
# 623
avatar

Oxşar yazılar