“Neftçi”nin futbolçusu “Səbail”ə icarəyə verildi
20 iyun 2019 16:45 (UTC +04:00)

“Neftçi”nin futbolçusu “Səbail”ə icarəyə verildi

"Neftçi” futbol klubu yetirməsi Mirabdulla Abbasovla 2019/20 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. 
 
APA-nın məlumatına görə, 24 yaşlı hücumçu 2020/21 mövsümünün sonunadək paytaxt təmsilçisinin üzvü olacaq.
 
M.Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün "Neftçi” rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün bu mövsümün sonunadək "Səbail” klubuna icarəyə verilib.
 
Qeyd edək ki, M.Abbasov 2014-16, 2017-19-cu illər ərzində "Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.
# 654
avatar

Oxşar yazılar