G20 sammitində təhlükəsizliyi 32 min polis təmin edəcək
20 iyun 2019 15:38 (UTC +04:00)

G20 sammitində təhlükəsizliyi 32 min polis təmin edəcək

İyunun 28-29-də Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammitində təxminən 32 min polis təhlükəsizliyi təmin edəcək.
 
APA-nın "Kyodo"ya istinadən verdiyi xəbərə görə, bu barədə Osaka şəhər polisinin rəhbəri Takaxisa İsida mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, G20 sammiti zamanı şəhərdə nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılacaq. 
“Yerli sakinləri sammitin keçiriləcəyi günlərdə şəxsi avtomobillərindən istifadə etməməyə çağırırıq”, - deyə T.İsida qeyd edib.  
# 555
avatar

Oxşar yazılar