171
15:18
20 İyun 2019

“Nizami” stansiyasının eskalatoru əsaslı təmir olunur

“Nizami” metro stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Bu barədə Lent.az -a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır".
Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.