Bakıda avtoqəza olub: "BMW" "Volkswagen"lə toqquşub - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
20 iyun 2019 04:39 (UTC +04:00)

Bakıda avtoqəza olub: "BMW" "Volkswagen"lə toqquşub - FOTO - VİDEO

 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Mirqasımov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Bildirilib ki, "Volkswagen" markalı avtomobil Mirqasımov küçəsində hərəkətdə olub. Səməd Vurğun küçəsi ilə hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobilini qarşıda hərəkət edən "Volkswagen" markalı nəqliyyat vasitəsinə çırpıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

# 1008
avatar

Oxşar yazılar