Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb
20 iyun 2019 00:06 (UTC +04:00)

Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb

 

Bakının Sabunçu rayonunda, Bilgəh sanatoriyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını və 1984-cü il təvəllüdlü Hüseynov Kənan Nazim oğlunu "Azsamand" markalı avtomaşın vurub.

Ağır xəsarət alan hər iki piyada dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, R.Əhmədova orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 553
avatar

Oxşar yazılar