Bakıda beşinci mərtəbədən yıxılan yeniyetmə dünyasını dəyişib
19 iyun 2019 22:37 (UTC +04:00)

Bakıda beşinci mərtəbədən yıxılan yeniyetmə dünyasını dəyişib

 

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsinə gedən yolda olan beşmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Hüsiyev Kənan Elşən oğlu binanın beşinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

# 635
avatar

Oxşar yazılar