Akademik Zərifə Əliyeva adına liseyin 16 şagirdi Respublika fənn olimpiadalarında medallar qazandı
19 iyun 2019 19:19 (UTC +04:00)

Akademik Zərifə Əliyeva adına liseyin 16 şagirdi Respublika fənn olimpiadalarında medallar qazandı

Bu il Akademik Zərifə Əliyeva adına liseyin 16 şagirdi Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıblar. 
 
APA-nın məlumatına görə, bu barədə Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva Respublika fənn olimpiadalarının və beynəlxalq müsabiqələrin laureatları ilə görüşdə bildirib. 
 
Məktəbin direktoru qeyd edib ki, liseyin bir neçə şagirdi bu il beynəlxalq müsabiqələrdə də laureat olub: "Beynəlxalq təcrübə qazanmaq və bu sahədə inkişaf etmək vacib sahələrdən biridir. Buna görə də liseyin şagirdləri demək olar ki, hər il beynəlxalq konfranslarda, layihələrdə aktiv iştirak edirlər. Liseyin uğurları bununla yekunlaşmır".
 
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına lisey artıq 11-ci ildir ki, fəaliyyət göstərir. İstedadlı uşaqların inkişafı üçün bütün istiqamətlərdə təmayüllər üzrə akademik bilik verən liseydə şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şərait var. Liseyin əsas məqsədi təhsil arenasında milli təhsil brendi yaratmaqdır. 
 
 
 
 

# 721
avatar

Oxşar yazılar