İrlandiya daxili yanacaq mühərrikli avtomobillərdən imtina edəcək - <span style="color:red;">TARİX BƏLLİ OLDU
19 iyun 2019 19:53 (UTC +04:00)

İrlandiya daxili yanacaq mühərrikli avtomobillərdən imtina edəcək - TARİX BƏLLİ OLDU

Elektromobillərə keçid iqlim neytrallığının əldə olunması planının vacib hissəsidir. Bununla yanaşı İrlandiya bərpa olunan enerji mənbələri sahəsini inkişaf etdirəcək və zibil tullantıları ilə mübarizə aparacaq. 
 
Lent.az technote-a istinadla xəbər verir ki, İrlandiya hökuməti elan edib ki, o, 2030-cu ilə kimi benzin və dizel mühərrikli yeni avomobillərin satışını qadağan edəcək. Həmin vaxta kimi ölkədə 950.000 ədəd yeni elektromobil və elektromobillər üçün şarj stansiyaları istifadəyə verilməlidir.
 
Daxili yanacaq mühərrikli atomobillərdən imtina edilməsi “İqlim sahəsi üzrə fəaliyyət planı”nın vacib hissəsidir. Həmin plan həmçinin özündə biznes, tikinti, nəqliyyat vasitələri, kənd təsərrüfatı və tullantıların yönəldilməsi sahələrinə aid 180 tədbiri özündə birləşdirir. Əsasən İrlandiya 2030-cu ilə kimi elektroenerjinin və bərpa olunan mənbələrin payını 70%-ə kimi yüksəltməyi, 2050-ci ilə kimi isə iqlim üzrə neytral ölkə olmağı planlaşdırır.
 
Sözügedən planda təkcə iqlim tədbirləri deyil həm də plastik tullantılar kimi emal olunması qəliz olan digər tullantı növləri ilə mübarizə məsələləri də müzakirə olunub. İrlandiyanın baş naziri Leo Varadkar-ın sözlərinə əsasən sözügedən layihənin əsas məqsədi aşağı karbon qazlı və dözümlü iqlimə sahib gələcəyin yaradılması yolunda insanlara və biznesə təkan verməkdir. Bir neçə müddət bundan öncə İrlandiya parlamenti qazıntı yanacaq sahəsiə dövlət investisiyalarının cəlb olunmasından imtinaya səs vermişdi.
# 810
avatar

Oxşar yazılar