Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
19 iyun 2019 19:02 (UTC +04:00)

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

2019-cu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artaraq 3324,2 milyon manat olub.
 
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2435,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.
 
Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 336,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
# 654
avatar

Oxşar yazılar