Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı AÇIQLANDI
19 iyun 2019 18:42 (UTC +04:00)

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı AÇIQLANDI

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb. 
 
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 550 nəfər Azərbaycana gələn, 464 nəfər isə Azərbaycandan gedən qeydə alınıb.
 
Məlumata görə, miqrasiya saldosu müsbət 86 nəfər təşkil edib.
# 777
avatar

Oxşar yazılar