İqtisadi fəal əhalinin sayı açıqlandı <span style="color:red;">- RƏSMİ
19 iyun 2019 19:02 (UTC +04:00)

İqtisadi fəal əhalinin sayı açıqlandı - RƏSMİ

2019-cu il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5151,6 min nəfər olub, onlardan 4898,5 min nəfərini isə məşğul əhali təşkil edib.
 
Lent.az məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, bu il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1583,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 895,7 min nəfər, qeyri-dövlət sektorunda isə 687,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1548,9 min nəfər çalışıb. 
 
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.  
 
Xidmət sahəsində işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
# 712
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar