Yayda necə qidalanmalıyıq? - <span style="color:red;">MƏSLƏHƏT
19 iyun 2019 18:06 (UTC +04:00)

Yayda necə qidalanmalıyıq? - MƏSLƏHƏT

İlin hər fəslində özünə uyğun qidalanma rejimi olmalıdır. Qışda isti və ağır yeməklərə üstünlük verildiyi kimi, yayda daha yüngül, tez həzm olunan yeməklər seçilməlidir.
 
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan qastroenteroloq Vüqar Rəsulov bildirib ki, yay aylarında meyvə-tərəvəzi çox qəbul etmək lazımdır: 
“Yayda temperatur yüksək olduğu üçün tez-tez tərləyirik və enerji itiririk. Buna görə ilk növbədə məsləhət görərdim ki, isti aylarda birinci su ehtiyatı tənzimlənsin. Gündə ən azı 1-2 litr su içmək lazımdır. Bundan başqa, duzlu ayran, həmçinin qatıq da qəbul etmək xeyirlidir”.
 
V.Rəsulov qeyd edib ki, isti aylarda bişmiş qidalardan az istifadə edilməlidir: “Yayda xəmir xörəkləri və ağır yeməklər insan orqanizmində yüklənir, bu da tez-tez tərləmə, enerji itkisinə və müxtəlif problemlərə yol açır. Bu qidalar orqanizmdə gec sovrulur, bu da bağırsaqlarda qəbizliyə gətirib çıxarır. Çiy qidalar isə tez həzm olunur. Bu səbəbdən də tərəvəzlərdən mümkün qədər çox istifadə etmək lazımdır”.
 
Qastroenteroloq deyib ki, qış aylarında insanlarda vitamin və mikroelement çatışmazlığı əmələ gəlir:  “Qışda nə qədər meyvə-tərəvəz yesək də, bunun insana heç bir müsbət təsiri olmur, çünki həmin məhsullar, süni yetişdirilir. Qış fəslində orqanizm tükənir, vitamin və mikroelement çatışmazlığı yaranır. Yay aylarında bacardıqca tərəvəzlərdən çox istifadə edilməlidir ki, qış üçün lazım olan vitamin balans doldurulsun”. 
 
Həkim son olaraq qidalarla bağlı məsləhətlər də verib: “Səhərlər yumurta, pendir, yağ, bal yemək xeyirlidir. Günorta isə yüngül tərkibli tərəvəzdən ibarət şorbalar yemək məsləhətdir. Bundan başqa axşamlar isə yeməklərdən qaçmalı, ancaq pomidor, xiyar və müxtəlif tərəvəzlərdən ibarət salatlar qəbul edilməlidir”.
# 988
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar