Azərbaycanda 72 abidənin pasportlaşdırılması üzrə 110 layihə hazırlanacaq
19 iyun 2019 17:43 (UTC +04:00)

Azərbaycanda 72 abidənin pasportlaşdırılması üzrə 110 layihə hazırlanacaq

“Azərbaycanda 72 abidənin pasportlaşdırılması üzrə 110 layihənin hazırlanması planlaşdırılıb. Bunlardan 15-i işğal olunmuş ərazilərimizdəki abidələrdir”.
 
 
APA-nın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasında nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
 
 
Onun sözlərinə görə, son iki ildə Bakı şəhərində Milli İncəsənət Muzeyinin binası, Şəki şəhərində tarixi abidə, Bərdə şəhərində türbə və Sınıqkörpüdə bərpa konservasiya işləri aparılıb.
 
 
Dövlət başçısının sərəncamına əsasən, Şabran rayonundakı Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb.
# 912
avatar

Oxşar yazılar