325
17:31
19 İyun 2019

Avropa Liqasında II təsnifat mərhələsinin cütləri məlum oldu

Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

APA -nın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 46 cüt müəyyənləşib.

Öncə Çempionlar Liqasının ilkin və I təsnifat mərhələlərinin 19 cütündə uduzanlar üçün püşk atılıb. Bu komandalar 9 cütlük təşkil ediblər. "Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina) qarşılaşmasında uduzan isə III təsnifat mərhələsində oynayacaq.

Avropa Liqasının I təsnifat mərhələsinin 47 cütü və yarışa birbaşa qoşulacaq 27 komanda isə Liqa yolunda mübarizə aparacaq. Burada 37 cütlük müəyyənləşib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
25 iyul/1 avqust

“Espanyol” (İspaniya) - “Styarnan” (İslandiya)/“Levadiya” (Estoniya)
“Laçi” (Albaniya)/“Hapoel Bier-Şeva” (İsrail) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)/“Kayrat” (Qazaxıstan)
"Krakoviya" (Polşa)/“Dunayska Ştreda” (Slovakiya) - “Atromitos” (Yunanıstan)
“Arsenal” (Tula, Rusiya) - “Neftçi” (Azərbaycan)/"Speranta" (Moldova)
“Norçepinq” (İsveç)/“Sent-Patriks” (İrlandiya) - “Dinamo” (Belarus)/“Liepaya” (Latviya)
“Utrext” (Hollandiya) - "Akademiya Pandev" (Şimali Makedoniya)/"Zrinski" (Bosniya və Herseqovina)
AEK (Kipr)/“Petrokub” (Moldova) - "Levski" (Bolqarıstan)/"Rujomberok" (Slovakiya)
“Pünik” (Ermənistan)/"Şkupi" (Şimali Makedoniya) - “Yabloneç” (Çexiya)
“Sent Culiya” (Andorra)//“Europa” (Cəbəllütariq)/“Legiya” (Polşa) - “Vitebsk” (Belarus)/“Kuopio” (Finlandiya)
“Barri Taun” (Uels)//“Kliftonvill” (Şimali İrlandiya)/“Hoqesun” (Norveç) - “Ştrum” (Qraz, Avstriya)
“Malatyaspor” (Türkiyə) - "Olimpiya" (Sloveniya)/“Riqa” (Latviya)
"Zeta" (Monteneqro)/“Vidi” (Macarıstan) - “Breydablik” (İslandiya)/“Vaduts” (Lixtenşteyn)
“Ayntraxt” (Almaniya) - “Radniçki" (Serbiya)/“Flora” (Estoniya)
“Qəbələ” (Azərbaycan) - "Dinamo" (Gürcüstan)/“La Fiorita” (San-Marino)//“Enqordani” (Andorra)
“Lexiya” (Qdansk, Polşa) - “İnter” (Finlandiya)/"Brondbü" (Danimarka)
“Antverpen” (Belçika) - “Vitorul” (Rumıniya)
“Mölde” (Norveç)/“Reykyavik” (İslandiya) - "Çukariçki" (Serbiya)/"Banants" (Ermənistan)
“Zarya” (Ukrayna) - "Buduçnost" (Monteneqro)/“Trans” (Estoniya)
"Aberdin" (Şotlandiya)/"Rovaniemi” (Finlandiya) - “Fola” (Lüksemburq)/“Çixura” (Gürcüstan)
"Domjale" (Sloveniya)/"Baltsan" (Malta) - “Malmö” (İsveç)/“Ballumena” (Şimali İrlandiya)//NSİ (Farer adaları)
Priştina” (Kosovo)//“Sent Josefs” (Cəbəllütariq)/“Reyncers” (Şotlandiya) - “Kork Siti” (İrlandiya)/“Progres” (Lüksemburq)//“Kardiff MU” (Uels)
“Roma” (İtaliya) - "Debretsen" (Macarıstan)/"Kukesi" (Albaniya)
“Qzira” (Malta)/"Hayduk" (Xorvatiya) - “Ventspils” (Latviya)/"Teuta" (Albaniya)
“Lütsern” (İsveçrə) - Riterai" (Litva)/“Klaksvik” (Farer adaları)//“Tre Fiori” (San-Marino)
MOİK (Bolqarıstan)/"Titoqrad" (Monteneqro) - “Osiyek” (Xorvatiya)
“Mlada Boleslav” (Çexiya) - "Ordabasi" (Qazaxıstan)/“Torpedo” (Gürcüstan)
"Alaşkert" (Ermənistan)/"Makedoniya Qerçe" (Şimali Makedoniya) - "Styaua" (Rumıniya)/“Milsami” (Moldova)
“Kauno Jalgiris” (Litva)/"Apollon" (Kipr) - “Brann” (Norveç)/“Şemrok Rovers” (İrlandiya)
“Strasburq” (Fransa) - "Makkabi" (Hayfa, İsrail)/"Mura" (Sloveniya)
“Alkmaar” (Hollandiya) – “Haken” (İsveç)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Radnik” (Bosniya və Herseqovina)/“Spartak” (Slovakiya)
“Aris” (Yunanıstan) - AEL (Limasol, Kipr)
“Şaxtyor” (Belarus)/“Hibernians” (Malta) - “Esbyerq” (Danimarka)
"Jeness" (Lüksemburq)/"Tobol" (Qazaxıstan) - “Vitoriya” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə) - “Kruzaders” (Şimali İrlandiya)/"B-36 Torshavn" (Farer adaları)
"Honved" (Macarıstan)/“Jalgiris” (Litva) - “Səbail” (Azərbaycan)/"Universitatya” (Krayova, Rumıniya)
“Konnak” (Uels)/"Kilmarnok" (Şotlandiya) - “Partizan” (Serbiya)

Çempionlar Liqası yolu (cütlərdə məğlub olanlar)
"Tre Penne" (San-Marino)/“Santa Koloma” (Andorra) - "Suduva" (Litva)/"Srvena Zvezda" (Serbiya)
BATE (Belarus)/"Pyast" (Polşa) - "Dandalk" (İrlandiya)/"Riqa" (Latviya)
"Partizani" (Albaniya)/"Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)/"Saburtalo" (Gürcüstan)
"Ararat" (Ermənistan)/AIK (İsveç) - “Feronikeli” (Kosovo)/“Linkoln” (Cəbəllütariq)
"Valyur" (İslandiya)/"Maribor" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan)/"Ferensvaroş" (Macarstan)
"Slovan" (Slovakiya)/"Sutyeska" (Monteneqro) - TNS (Uels)/İlkin mərhələnin qalibi
İlkin mərhələdə final - "Astana" (Qazaxıstan)/ÇFR (Kluj, Rumıniya)
HİK (Finlandiya)/"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya)/"Rusenborq" (Norveç)
"Nomme Kalyu" (Estoniya)/"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq)/"Valletta" (Malta)