Dənizdə batan 13 nəfər XİLAS EDİLDİ
19 iyun 2019 17:29 (UTC +04:00)

Dənizdə batan 13 nəfər XİLAS EDİLDİ

İyun ayının 1-dən bu günə kimi dənizdə batmaq təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib.
 
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, xilas edilənlərdən biri əcnəbidir.
 
Dövlət Xidməti əhaliyə xəbərdarlıq da edib. Xəbərdarlıqda əhalinin qeyri-çimərlik, o cümlədən qadağan olunmuş ərazilərdən çimərlik kimi istifadə etməməsi tövsiyə olunub. 
# 566
avatar

Oxşar yazılar