Şirvanda iş yoldaşını öldürənə hökm oxunub
19 iyun 2019 16:51 (UTC +04:00)

Şirvanda iş yoldaşını öldürənə hökm oxunub

Şirvanda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əziz İbadovun məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ə.İbadov 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il Şirvan şəhərində baş verib. Şəhər sakini Əziz İbadov münaqişə zəminində iş yoldaşı Abas Abbasovu qətlə yetirib.
Ə.İbadov isə özü könüllü polisə təslim olub. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
# 553
avatar

Oxşar yazılar